Qəzzadan 200-ə yaxın rusiyalının təxliyəsi GÖZLƏNİLİR
Rusiya vətəndaşları və onların ailə üzvləri də daxil olmaqla 200-ə yaxın adam Qəzza zolağından təxliyə olunmaq üçün Rusiya siyahısındadır.
Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Fələstin Milli Administrasiyasındakı missiyasının mətbuat katibi Aliyə Zaripova məlumat verib.
"Hazırda təxminən 200 nəfər - ruslar və onların ailə üzvləri təxliyyəni gözləyir. Sizə xatırladırıq ki, biz təkcə rusları deyil, həm də fələstinli ailə üzvlərini də çıxarırıq", - Zaripova bildirib.
Yusif EYVAZLI