İsrailin fövqəladə telefon xətləri yenidən fəaliyyətini bərpa edib
İsrailin təcili yardım xidmətləri, o cümlədən polis və yanğınsöndürənlər üçün telefonlar təxminən üç saatlıq "qeyri-müəyyən fasilədən" sonra fəaliyyətini bərpa edib.
Redaktor.az xəbər verir ki, bu barədə “Times of Israel” qəzeti yazır.
Nəşrin İsrail Rabitə Nazirliyinin bəyanatına istinadən yazdığı məlumata görə, kəsintiyə kiberhücum səbəb olmayıb.
İsrail polisi telefon xətlərinin “müvəqqəti səhv” səbəbindən kəsildiyini bildirib.
Bundan əvvəl “The Jerusalem Post” İsraildə bəzi fövqəladə hallar xidmətlərinin telefonlarının kiberhücum səbəbindən söndürüldüyünü bildirmişdi.
NƏRGİZ