Şri-Lanka ruslara pulsuz viza verəcək

 09:50 28.11.2023     338

Şri-Lanka yeddi ölkə vətəndaşları üçün pulsuz vizaların verilməsinə başlayacaq.

Redaktor.az "İzvestiya" istinadən xəbər verir ki, bu barədə Şri-Lanka hökumətinin İnformasiya Departamenti məlumat yayıb.

“Vizasız rejim Çin, Hindistan, İndoneziya, Rusiya, Tailand, Malayziya və Yaponiya vətəndaşları üçün 31.03.2024-cü il tarixinədək qüvvəyə minəcək və turizm sənayesini bərpa etmək üçün bir tədbir olaraq pilot proqram kimi tətbiq ediləcək",- deyə məlumatda bildirilib.

Ölkəyə səfər etmək istəyənlər elektron səyahət icazəsi üçün əvvəlcədən müraciət etməlidirlər. Turistlər bu sxem üzrə 30 günlük pulsuz vizadan istifadə edə bilərlər.

Humay İSGƏNDƏRLİ

 

Vumart və Güvən reklamı Vumart Güvən