"Hazırda Qəzza şəhərinin qərbində partlayış və atışma səsləri eşidilir" - KİV

Ərəb telekanalları “Al Arabiya” və “Al Hadath” İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağına atəş açdığını iddia edir.
Redaktor.az bu barədə "TASS"a istinadla xəbər verir.
Məlumata görə, hazırda Qəzza şəhərinin qərbində partlayış və atışma səsləri eşidilir. Bundan əlavə, İsrail hərbçiləri Fələstin anklavının cənubundakı Xan Yunis şəhərinin şərqinə kütləvi atəş açır.
Həmidə İBRAHİMLİ