Rusiya Krivoy Roq şəhərinə raket zərbəsi endirdi

 10:01 28.11.2023     210

Noyabrın 28-nə keçən gecə ruslar Ukraynanın Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhərinə raket zərbəsi endiriblər.

Redaktor.az "UNİAN"a istinadla xəbər verir ki, Dnepropetrovsk OVA-nın rəhbəri Sergey Lısakın sözlərinə görə, hazırda rusların hücumunun bütün təfərrüatları müəyyənləşdirilir.

Bundan əlavə, ruslar Nikopol vilayətinin Marqanets icmasını ağır artilleriyadan atəşə tutublar. Ölən və yaralanan olmayıb. Xilasedicilər itkilərlə bağlı məlumatları dəqiqləşdirir.

Həmidə İBRAHİMLİ