Məhkəmədə İmran Xanı qorumaq üçün xüsusi polis qüvvələri yaradılıb

 10:09 28.11.2023     215

Pakistan hakimiyyəti məhkəmə iclasında dövlət sirlərini açıqlamaqda ittiham olunan Pakistanın keçmiş Baş naziri İmran Xanı qorumaq üçün xüsusi polis qüvvələri yaradıb.

Redaktor.az "TASS"a istinadla xəbər verir ki, Ədalət Uğrunda Hərəkat (JM) partiyasının liderinin həyatına təhlükə ilə bağlı gücləndirilmiş təhlükəsizlik tədbirləri görülüb.

Dinləmə İslamabaddakı Federal Məhkəmə Mərkəzində keçiriləcək.

Xanın dinləmədə iştirakı keçmiş Baş nazirin bu ilin avqustunda həbs olunduqdan sonra ilk dəfə ictimaiyyət qarşısında çıxışı olacaq.

İmran Xan zirehli personal daşıyıcıları da daxil olmaqla, maşın karvanının müşayiəti ilə güclü təhlükəsizlik tədbirləri altında məhkəməyə gətiriləcək.

Həmidə İBRAHİMLİ