Argentinanın yeni prezidenti ABŞ-a gəldi
Argentinanın yeni prezidenti Xavyer Miley ABŞ-a səfər edib.
Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, Miley Nyu-York və Vaşinqtona səfər edərək Beynəlxalq Valyuta Fondunun rəsmi şəxsləri və administrasiya nümayəndələri ilə görüşəcək.
Mənbələrin məlumatına görə, Miley Amerika Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan və ABŞ Maliyyə Nazirliyinin nümayəndələri ilə də görüşəcək. Yüksək vəzifəli şəxslər Mileyin iqtisadi siyasət komandası ilə görüşməyi planlaşdırır.
Humay İSGƏNDƏRLİ