"İran büdcəsindən HƏMAS-ın müdafiəsi ilə bağlı pullar ayrılır" - Sədrəddin Soltan

 14:25 28.11.2023     347

"İran büdcəsindən HƏMAS-ın müdafiəsi ilə bağlı pullar ayrılır. İran da daxil olmaqla başqa ölkələrin, o cümlədən Türkiyənin büdcəsindən qaçqınlara, xəstələrə yardım etmək üçün pullar ayrılır".

Bu sözləri Redaktor.az-a açıqlmasında politoloq Sədrəddin Soltan deyib.

Onun sözlərinə görə, İsraili humanitar və hərbi cəhətdən dəstəkləyən ölkələr var. Eləcə də HƏMAS-ı İran başda olmaqla hərbi istiqamətdə dəstəkləyən ölkələr var:

"Bunlar da hamısı dövlətin büdcəsindən xərclənir və dövlətin büdcəsindən o pullar həmin ölkələrin adi vətəndaşlarının güzəranına xərclənsəydi daha yaxşı olardı. HƏMAS-İsrail qarşıdurmasında fələstinlilər, Qəzza zolağının əhalisi və bir də döyüş bölgələrinə yaxın ərazidə yaşayan İsrail vətəndaşları daha çox əziyyət çəkir. İstər ərəb ölkələri olsun, istər qeyri-ərəb ölkələri olsun, o cümlədən İran kimi ölkələrin vətəndaşları elə böyük əziyyət çəkmirlər. Sadəcə maddi cəhətdən yardım edirlər. Büdcədən pullar ayrılır".

Həmidə İBRAHİMLİ