Rəisi Türkiyəyə gedəsi olmadı

 13:07 28.11.2023     221

İran prezidenti İbrahim Rəisinin Türkiyəyə bu günə planlaşdırılan səfəri baş tutmayacaq.

Redaktor.az xəbər verir ki, bu barədə "Frans Press" Agentliyi (AFP) məlumat yayıb.

Səfərin təxirə salındığı və ya ləğv olunduğu bəlli deyil. Səfərin baş tutmamasının səbəbi də hələlik bilinmir.

Qeyd edək ki, Rəisi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla 26 noyabr tarixində telefon danışığı aparıb. Tərəflər Qəzza məsələsini müzakirə ediblər.