Türkiyə nümayəndə heyəti Qəzzaya gəldi

 13:17 28.11.2023     258

Türkiyədən mütəxəssislərdən ibarət nümayəndə heyəti səhra xəstəxanasının yaradılması üçün hazırlıq işləri aparmaq məqsədilə Qəzza zolağına gəlib.

Redaktor.az xəbər verir ki, bu barədə TASS-a Ankaradakı diplomatik mənbə məlumat verib.

"Bu səhər texniki heyət Misir vasitəsilə Qəzzaya gəldi. O, Qəzzada yaratmaq niyyətində olduğumuz səhra xəstəxanasının yerləşdirilməsi planlarının bir hissəsi kimi texniki-iqtisadi əsaslandırma hazırlayacaq", - agentliyin həmsöhbəti bildirib.

O qeyd edib ki, Ankara xəstəxananı mümkün qədər tez istifadəyə verməyi planlaşdırır.

Qeyd edək ki, noyabrın 23-də Türkiyə Səhiyyə Nazirliyinin rəhbəri Fahrettin Koca Fələstin anklavında səhra xəstəxanasının yerləşdirilməsi ilə bağlı Misir və İsraillə əlaqə saxladığını açıqlayıb. Onun sözlərinə görə, bu məsələni müzakirə etmək və tibb müəssisəsinin yerini seçmək üçün koordinasiya qrupu artıq Ərəb Respublikasına səfər edib.

NƏRGİZ