"Yüzlərlə Rusiya vətəndaşı Qəzza zolağında və Misirdə gözləyir" - Zaxarova

 13:44 28.11.2023     224

Qəzza zolağında və Misirdə qalan bir neçə yüz rus vətəndaşı evakuasiya olunmasını gözləyir.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova "RT"-yə müsahibəsində bildirib.

“Deyə bilərəm ki, həqiqətən də ölkəmizin bir neçə yüz vətəndaşı Qəzza zolağında və Misirdə təxliyyəni gözləyənlərdir. Onların bəziləri Qəzza zolağında qalır, bəziləri artıq müvafiq sərhədi keçib və Misirdə evakuasiyanı gözləyirlər”, - diplomat bildirib.

Zaxarova Qəzza zolağında uzun müddət internet və rabitə xidmətlərinin işləmədiyinə diqqət çəkib:“Qəzza zolağından çıxmaq istəyən bir çox insan fiziki olaraq bu barədə məlumat verə bilmir”.

NƏRGİZ