Ermənistan bu ölkədə səfirlik açacaq
Ermənistanın baş naziri Nikol Paşinyan Cənubi Koreya lideri Yun Seok Yeol ilə danışıqlar aparıb.
Redaktor.az xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.
Söhbət zamanı diplomatik nümayəndəliklərin qarşılıqlı açılması və ikitərəfli münasibətlərin inkişafı məsələləri müzakirə edilib.
Qeyd edək ki, noyabrın 10-da iki ölkənin XİN başçıları Parisdəki görüşdə bu barədə niyyətlərini ifadə ediblər