İsrailin atəşkəsi pozması səbəbindən Qəzzada qarşıdurmalar başlayıb

 17:38 28.11.2023     268

Fələstinin HƏMAS hərəkatının silahlı qanadı olan İzzəddin əl-Qəssam Briqadalarının nümayəndəsi Əbu Ubeydə bildirib ki, İsrailin atəşkəs razılaşmasını pozması nəticəsində Qəzza zolağının şimalında toqquşmalar baş verib.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə Əbu Ubeydənin Telegram kanalında yayımlanan mesajda deyilir.

“Düşmən tərəfindən Qəzza zolağının şimalında atəşkəs razılaşmasını açıq şəkildə pozması nəticəsində bu gün toqquşmalar baş verib, döyüşçülərimiz bu insidentlə mübarizə aparıb”,- mətndə deyilir.

Bəyanatda həmçinin qeyd olunub ki, HƏMAS-ın silahlı qanadı “düşmən ona əməl etdiyi müddətcə” atəşkəsə sadiq qalacaq. Bundan əlavə, Əbu Ubeydə vasitəçiləri İsrailə təzyiq göstərməyə çağırıb ki, o, “yerdə və havada atəşkəs razılaşmasının bütün bəndlərini” yerinə yetirsin.

NƏRGİZ