Universitetin bufetində 51 nəfər ZƏHƏRLƏNDİ

 22:43 28.11.2023     272

Sankt-Peterburq Dövlət Memarlıq və İnşaat Universitetinin yeməkxanasına gələn 51 nəfər zəhərlənib. 

Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə regional bölmənin mətbuat xidməti öz Telegram kanalında məlumat yayıb.

Xidmətin məlumatına görə, yoxlama nəticəsində yeməkxana müvəqqəti olaraq bağlanıb.

“Məhkəmə qərarı ilə universitet  təqsirli bilinib və 45 gün müddətinə fəaliyyətinin inzibati dayandırılmasına məhkum edilib”, - məlumatda bildirilib.

Yusif EYVAZLI