Papanın Dubaya səfəri ləğv edildi - SƏBƏB
Papa Fransisk BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP28) Tərəflər Konfransında iştirak etməli olduğu Dubaya səfərini ləğv etmək məcburiyyətində qalıb.
Redaktor.az "TASS"a istinadən xəbər verir ki, Müqəddəs taxt-tacın mətbuat xidmətinin rəhbəri Matteo Bruninin sözlərinə görə, səhhəti ilə əlaqədar həkimlər buna təkid ediblər.
“Müqəddəs Atanın səhhətinin ümumi klinik mənzərəsi yaxşılaşsa da, onun tənəffüs yollarının iltihabı ilə qripdən əziyyət çəkdiyini nəzərə alaraq, həkimlər Roma Papasından 28-ci il münasibəti ilə yaxın bir neçə gün ərzində Dubaya səfər etməməyi xahiş ediblər. Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına (COP28) Tərəflərin Konfransı Papa Fransisk həkimlərin xahişini böyük təəssüf hissi ilə qəbul edib və bu səbəbdən səfər ləğv edilib”, - deyə məlumatda bildirilir.
Yusif EYVAZLI