"Fələstin dövlətinin yaradılmasında güzəştə getmək dünyada sabitliyin əsasıdır"
Belarus Prezidenti Aleksandr Lukaşenko Fələstin Prezidenti Mahmud Abbası Həmrəylik Günü münasibətilə təbrik edib, onların torpaqlarında sülhün tezliklə bərqərar olmasını arzulayıb.
Redaktor.az "TASS"a istinadla xəbər verir ki, bu barədə respublika prezidentinin mətbuat xidməti məlumat yayıb.
“Bu gün bəşəriyyətin əksəriyyəti anlayır ki, Fələstin dövlətinin yaradılması üçün tarixi kompromis, Yaxın Şərqdə ədalətli və davamlı sülhün bərqərar olması həm regionun rifahı üçün, həm də bütün dünyada sabitlik üçün mühüm əsasdır”, - Lukaşenko vurğulayıb.
O, Mahmud Abbasa və Fələstin xalqına “razılaşmanın tezliklə əldə olunmasını və öz torpaqlarında dinc həyatın bərqərar olmasını” arzulayıb.
Həmidə İBRAHİMLİ