Fələstindən olan ilk qaçqınlar Çeçenistana gəldi

Fələstindən 50-dən çox qaçqın, o cümlədən 27 uşaq Çeçenistana gəlib.
Redaktor.az "TASS"a istinadən xəbər verir ki, onlar Qornı Klyuç uşaq sağlamlıq düşərgəsində yerləşdiriləcəklər.
Bir müddət əvvəl Çeçenistan Fələstindən olan 250-dək qaçqını qəbul etməyə hazır olduğunu bəyan etmişdi. Onların qəbulu üçün rayonda xüsusi işçi qrupu yaradılıb.
Humay İSGƏNDƏRLİ