16 məktəbli qidadan zəhərləndi
Rusiyanın Kirov rayonunda məktəblərdən birinin şagirdləri qidadan zəhərlənərək xəstəxanaya yerləşdirilib.
Redaktor.az "İzvestiya"ya istinadla xəbər verir ki, Rusiya Federasiyası İstintaq Komitəsinin (İK) Kirov vilayəti üzrə istintaq idarəsinin verdiyi məlumata görə, hadisənin səbəb və şəraitini müəyyən etmək üçün bu faktla bağlı araşdırmalara başlanılıb.
Eyni zamanda, digər mənbələr 16 nəfərin xəstəxanaya yerləşdirildiyini açıqlayıb.
Rayon prokurorluğundan verilən məlumata görə, məktəb yeməkxanasında yemək yedikdən sonra uşaqlar özlərini pis hiss edib və zəhərlənmə əlamətləri müşahidə olunub.
Həmidə İBRAHİMLİ