"1700-dən çox Ermənistana məxsus yük maşını növbəsini gözləyir" - Akopyan

 11:02 29.11.2023     231

1700-dən çox Ermənistana məxsus yük maşını sərhədin Gürcüstan və Rusiya tərəfində Lars yaxınlığında məntəqəni keçmək üçün növbəsini gözləyir.

Redaktor.az xəbər verir ki, bu barədə "Sputnik Armenia"ya müsahibəsində Ermənistanın Rusiyadakı səfirliyinin Yuxarı Lars keçid məntəqəsində gömrük attaşesi Vaan Akopyan məlumatı verib.

“Təxminən 800 nəfər Gürcüstan ərazisində, 900 nəfər isə Rusiya tərəfində gözləyir”, - Akopyan bildirib.

Xatırladırıq ki, noyabrın 28-dən etibarən nəqliyyatın hərəkəti yalnız yüngül sərnişin və sərnişin daşımaları üçün açıqdır.

NƏRGİZ