Ermənistanda keçmiş məmurların arvadları dindirilməyə çağırıldı
Ermənistanda bir neçə keçmiş məmurun arvadı Milli Təhlükəsizlik Xidməti (MTX) tərəfindən dindirilməyə çağırılıb.
Redaktor.az bu barədə erməni KİV-inə istinadən xəbər verir.
Məlumatda qadınların uşaq bağçalarının direktorları olduğu və adlarının yaxın zamanda açıqlanacağı qeyd olunub.
Xatırladaq ki, bir qədər əvvəl Ermənistan Milli Təhlükəsizlik Xidməti uşaq bağçalarından qanunsuz yolla qazanc əldə edən cinayətkar dəstəni saxlayıb.
İşin materiallarına görə, uşaq bağçaları üçün ərzaq tədarükü üzrə tenderlərdə qalib gəlmiş iki şirkət sənədləri saxtalaşdıraraq və məktəbəqədər təhsil müəssisələrinin direktorları ilə əlbir olaraq ərzaq tədarükü üçün ayrılmış pulları ələ keçiriblər.
Müvafiq şəxslərin evlərində və ofislərində axtarışlar azamanı 55 min dollar nağd pul, qızıl-zinət əşyaları, mobil telefonlar və kompyuterlər aşkarlanıb.
Hadisə ilə əlaqədar olaraq 5 nəfər həbs olunub.