Zaxarova Moldovanı hədələdi
Rusiya Moldova hakimiyyətinin Moskva ilə Kişinyov arasında münasibətləri pozmağa yönəlmiş anti-Rusiya sanksiyalarına qoşulmaq qərarını cavabsız qoymayacaq.
Redaktor.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.
"Biz bunu Rusiya-Moldova münasibətlərini pozmağa yönəlmiş növbəti düşmən addımı kimi qiymətləndiririk. Şübhə yoxdur ki, bu, bizim tərəfimizdən cavabsız qalmayacaq", - deyə Zaxarova vurğulayıb.
Qeyd edək ki, Rusiya ilə Moldova arasında münasibətlər 2020-ci ilin sonunda Kişinyovda prezident Maya Sandu hakimiyyətə gəldikdən sonra pisləşməyə başlayıb. Rusiya Xarici İşlər Nazirliyi Moldova hakimiyyətini ölkədə qarşıdurma xarakterli anti-Rusiya ritorikasını dayandırmağa çağırıb.