"MAQATE İsrailin nüvə təhdidlərinə görə məsuliyyət daşıyır"
Beynəlxalq Atom Enerjisi Agentliyi İsrailin Qəzza zolağında fələstinlilərə qarşı nüvə təhdidlərinə təhrik oluna biləcək hər hansı hadisəyə görə cavabdehlik daşıyacaq.
Redaktor.az “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami deyib.
Onun sözlərinə görə, İsrail dünyanı nüvə bombası hücumları ilə hədələməkdə davam edir və bu cür silahların istifadəsini qadağan edən MAQATE protokollarını imzalamaqdan imtina edir. İslami Tehranda Nazirlər Kabinetinin iclası zamanı jurnalistlərə deyib ki, istənilən insident üçün MAQATE tam məsuliyyət daşıyır.
O, təhdidlərin sionist rejiminin dünyaya qarşı əsl mahiyyətini və niyyətlərini ortaya qoyduğunu deyib və İsrailin bundan əvvəl də İrana qarşı nüvə bombasından istifadə etməklə hədələdiyini xatırladıb.
NƏRGİZ