ABŞ-ın “Yeni Yaxın Şərq” yaratmaq planları iflasa uğradı - İran
Birləşmiş Ştatlar “Yeni Yaxın Şərq” yaratmaq və regionda siyasi məqsədlərinə nail olmaq planlarını həyata keçirə bilmədi.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu açıqlama ilə İranın ruhani lideri Ayətullah Əli Xamenei çıxış edib.
“ABŞ-ın “Yeni Yaxın Şərq” yaratmaq planları iflasa uğradı. Onlar Hizbullahı məhv etməyi planlaşdırırdılar, amma indi o, 10 qat daha güclüdür. İraq və Suriyanı mənimsəyə bilmədilər. Fələstin münaqişəsini də həll edə bilmədilər. Öz maraqlarına uyğun olaraq qəsbkar rejim İsrailin ikiüzlülük prinsipinə əsaslanan dairəvi həll yolu istifadə edirlər",- deyə X sosial şəbəkəsində yazıb.
İran lideri əlavə edib ki, Fələstinin HƏMAS hərəkatının “Əl-Əqsa tufanı” əməliyyatı “tarixi hadisə”dir və onun məqsədi digər məsələlərlə yanaşı, regionun “Amerikasızlaşdırılması”dır. O, HƏMAS hücumunun ABŞ-ın Yaxın Şərqdəki siyasətinin mahiyyətini dəyişdiyinə diqqət çəkib. Xamenei həmçinin Amerikanın bölgədəki təsirinin “məhv ediləcəyinə” ümid etdiyini bildirib.
NƏRGİZ