İsrail Qəzzada 160-dan çox girov saxlandığını bildirir
HƏMAS hərəkatı Qəzza zolağında azı 161 nəfəri girov saxlamağa davam edir.
Redaktor.az xəbər verir ki, bu sözləri İsrailin baş naziri Benyamin Netanyahunun ofisinin nümayəndəsi CNN telekanalına müsahibəsində deyib.
Rəsminin sözlərinə görə, girov götürülənlərdən 146-sı İsrail vətəndaşı, o cümlədən ikili vətəndaşlıq, daha 15-i isə xarici vətəndaşdır. Girov götürülənlərdən ən azı 8-nin yaşı 19-dan aşağı, ən azı 10-nun isə 75 yaşdan yuxarı olduğu bildirilir.
NƏRGİZ