Kadırovun 16 yaşlı oğlu Donetskin fəxri vətəndaşı oldu
Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu 16 yaşlı Adam Kadırov Donetskin fəxri vətəndaşı olub .
Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, müvafiq sərəncam şəhər administrasiyasının rəsmi saytında dərc olunub.
Administrasiyanın rəhbəri Nikolay Volkovun imzaladığı sərəncamda Adamın Donetsk və Qroznı arasında mədəni əlaqələrin inkişafına mühüm şəxsi töhfə verdiyi qeyd olunur.
Yusif EYVAZLI