Donetsk administrasiyasının saytı SINDIRILDI

 20:55 29.11.2023     240

Hakerlər Donetsk şəhər administrasiyasının saytına hücum ediblər.

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu barədə mer Aleksey Kulemzin öz Telegram kanalında bildirib.

"Bu gün Donetsk şəhər administrasiyasının rəsmi internet saytı sındırılıb. Hazırda mütəxəssislər məlumat hücumlarını aradan qaldırmaq üçün bütün səyləri göstərirlər", - o yazıb.

Kulemzin yalnız təsdiqlənmiş məlumat mənbələrinə etibar etməyə çağırıb.

Yusif EYVAZLI