Papa Fransiskin tənəffüs problemi davam edir
Qripdən əziyyət çəkən Papa Fransiskin səhhətində vəziyyət stabil olsa da, ağciyərlərində iltihablı proses olduğundan tənəffüs problemi davam edir.
Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.
"Papanın vəziyyəti stabildir, hərarəti yoxdur, lakin ağciyərlərdə iltihabi proses davam edir, bu da nəfəs almaqda çətinlik yaradır. O, antibiotiklərlə müalicəsini davam etdirir", - mesajda deyilir.
Yusif EYVAZLI