17 min sığınacaq müraciəti ləğv edildi
Böyük Britaniya qeyri-qanuni miqrantların sığınacaq üçün 17 min müraciətini ləğv edib.
Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Daxili İşlər Nazirliyinin nümayəndəsi Sion Ridli məlumat yayıb.
Qeyd olunur ki, ərizəçi iki dəfə müsahibəyə gəlmədikdə və ya sorğu anketinin doldurulması ilə bağlı müraciətlərə cavab vermədikdə sorğu geri götürülür.
Ridli bildirib ki, Britaniya hakimiyyəti il ərzində qeyri-qanuni miqrantların 17316 müraciətini ləğv edib. Onun sözlərinə görə, buna səbəb sığınacaq axtaran şəxslərin sistemlə qarşılıqlı əlaqədə olmaq istəməməsi, xüsusən də həmin şəxslərin müsahibəyə dəvət olunduqdan sonra əlaqə saxlamaması olub.
Humay İSGƏNDƏRLİ