“HƏMAS-dan azad təhlükəsiz zonalar” yaradılması planlaşdırılır

 09:46 30.11.2023     251

ABŞ və İsrail rəsmiləri hərbi əməliyyatların müddətini qısaltmaq üçün minlərlə HƏMAS döyüşçüsünün Qəzza zolağından çıxarılması ideyasını müzakirə edirlər.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə “The Wall Street Journal” mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, İsrail və ABŞ rəsmiləri hərbi əməliyyatların müddətini qısaltmaq üçün minlərlə yaraqlının Qəzza zolağından çıxarılması ideyasını müzakirə edirlər. İdeya 7 oktyabr hadisələri kimi hücumun təkrarlanmaması üçün münaqişə bitəndə anklavı kimin idarə edəcəyi ilə bağlı danışıqların bir hissəsi kimi nəzərdən keçirilir. HƏMAS-dan sonra Qəzzanın necə idarə olunacağına dair təkliflərdən biri İsrailin hərbi beyin mərkəzindən gəlir. Qəzet yazır ki, o, Səudiyyə Ərəbistanı və BƏƏ-nin dəstəyi ilə anklavda yeni hökumət tərəfindən idarə olunacaq “HƏMAS-dan azad təhlükəsiz zonalar” yaradılmasını nəzərdə tutur.

Nəşr iddia edir ki, Qəzza zolağının yenidən qurulması işlərinə münaqişə bitdikdən sonra daha tez başlaya bilməsi üçün HƏMAS yaraqlılarının və onların ailələrinin geri çəkilməsi məsələsi də müzakirə edilir.

NƏRGİZ