HƏMAS fələstinli girovların ifadələri əsasında Beynəlxalq Cinayət Məhkəməsinə müraciət edəcək
İsrail tərəfindən əsir götürülən fələstinli girovların ifadələrindən Qəzzada törədilən cinayətlərə görə İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin mühakimə olunması üçün Beynəlxalq Cinayət Məhkəməsində iddiaların verilməsində istifadə olunacaq.
Redaktor.az xəbər verir ki, bu barədə Türkiyənin “Yeni Şafak” qəzetinə Fələstinin radikal HƏMAS hərəkatının Siyasi Bürosunun üzvü Usamə Həmdan məlumat verib.
“Azad edilmiş 150 fələstinli qardaş və bacılarımız məruz qaldıqları qəddarlıq və zülmdən bütün dünyaya danışır. Biz girovların ifadələrini və onlardan milli təhlükəsizlik nazirinin məsuliyyətə cəlb edilməsi üçün dəlil kimi istifadə edəcəyik”, - Həmas sözçüsü bildirib.
O qeyd edib ki, HƏMAS atəşkəs tərəfdarıdır: "Ancaq İsrail müharibəni genişləndirmək istəsə, biz bütün gücümüzlə cavab verməyə hazırıq".
Bu gün səhər saatlarında İsrail hakimiyyəti və HƏMAS-ın Qəzza zolağında atəşkəsi daha bir gün uzatmaq barədə razılığa gəldiyi bildirilib.
NƏRGİZ