Ararat Mirzoyan Devid Kemeronla görüşdü
Ermənistan və Böyük Britaniyanın XİN rəhbərləri Ararat Mirzoyanla Devid Kemeron arasında görüş keçirilib.
Redaktor.az xəbər verir ki, bu barədə məlumatı A.Mirzoyan öz “X” hesabında paylaşıb.
Görüş Şimali Makedoniyanın paytaxtı Skopyedə ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 30-cu sessiyası çərçivəsində baş tutub.
Bildirilib ki, tərəflər regional mövzuları və Cənubi Qafqazda baş verən hadisələri müzakirə ediblər.