Xersonda infrastruktur obyektinə zərbə endirildi

 10:28 30.11.2023     237

Kiyevin nəzarətində olan Xersonda kritik infrastruktur obyekti zədələnib.

Redaktor.az "TASS"a istinadla xəbər verir ki, bu barədə Ukrayna hakimiyyətinə tabe olan Xerson Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudin bildirib.

Qurum rəsmisi hansı obyektdən danışdığını dəqiq bildirməyib.

Məlumata görə, günün əvvəlindən Xerson vilayətinin Kiyevin nəzarətində olan ərazilərinə üç dəfə hava hücumu xəbərdarlığı elan edilib.

Həmidə İBRAHİMLİ