İspaniyanın baş naziri İsraildən şübhələnir
İspaniyanın baş naziri Pedro Sançes İsrailin Qəzza zolağında beynəlxalq humanitar hüquqa riayət etməsinə şübhə etdiyini bildirib.
Redaktor.az bu barədə TASS-a istinadən xəbər verir.
Baş nazir xatırladıb ki, krallığın hakimiyyət orqanları radikal HƏMAS hərəkatının yaraqlılarının hücumlarını pisləyir. “Biz həmçinin İsrailə deməliyik ki, o, beynəlxalq humanitar hüquq əsasında öz hərəkətlərini davam etdirməlidir və gördüklərimizi və ölən insanların, xüsusən də uşaqların sayının artdığını nəzərə alsaq, mən açıq şəkildə şübhə edirəm ki, İsrail bu beynəlxalq humanitar qanuna hörmətlə yanaşır”, - Sançes TVE-yə müsahibəsində vurğulayıb.
NƏRGİZ