İsrail Qəzzada siyasi həllin şərtini AÇIQLADI
Əgər HƏMAS zolağı tərk edərsə və Qəzza dinc istiqamətdə düşünməyə başlayarsa, Qəzza zolağında vəziyyətin siyasi həlli mümkün olacaq.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, bunu İsrailin Rusiya Federasiyasındakı səfiri Aleksandr Ben Zvi deyib.
"HƏMAS Qəzza zolağından çıxsa, o zaman bizim vəzifəmiz yerinə yetiriləcək. Bütün bu əməliyyatda qarşımıza iki məqsəd qoymuşuq: birincisi, HƏMAS-ın terror strukturlarının məhv edilməsi, ikincisi, girovlarımızın azad edilməsidir. HƏMAS Qəzzanı tərk edərsə və Qəzza məsələn, "İbrahim razılaşması" istiqamətində düşünməyə başlayarsa, təbii ki, danışılası bir şey var”, - o, “Rossiya 24” telekanalında deyib.
Səfir əlavə edib ki, İsrail rəhbərliyi Qəzza sektorunu işğal etmək niyyətində olmadığını açıq şəkildə göstərib. “Baş nazirimiz buna çox açıq şəkildə cavab verdi ki, bizim belə planımız yoxdur".
NƏRGİZ