"İsrail atəşkəs razılaşmalarına sadiqdir"

 14:14 30.11.2023     214

Yəhudi dövlətinin Rusiya Federasiyasındakı səfiri Aleksandr Ben Zvi “Rossiya 24” telekanalının efirində bildirib ki, İsrail Qəzza zolağında atəşkəs razılaşmasını pozmayıb.

Redaktor.az bu barədə TASS-a istinadən xəbər verir.

O, İsrailin Qəzza zolağında guya atəş açması ilə bağlı məlumatı yanlış adlandırıb: "Biz açıq şəkildə atəşkəsə, girovların mübadiləsi ilə bağlı bu formata əməl edirik. Deməli, bu, tamamilə yalan məlumatdır".

NƏRGİZ