HƏMAS bu şərtlə ölü girovların cəsədlərini təhvil verəcək
Fələstinin radikal HƏMAS hərəkatı bundan əvvəl Qəzza zolağında ölən üç girovun cəsədini təhvil verəcək.
Redaktor.az xəbər verir ki, bunu Qətərin “Əl Ərəbi” telekanalına müsahibəsində Həmas liderlərinin üzvü Basem Naim deyib.
“Atəşkəsin yenidən uzadılması çərçivəsində Qəzza zolağına qarşı təcavüz nəticəsində həlak olan üç israillinin cəsədini təhvil verəcəyik”, - deyə o bildirib.
Naim həmçinin atəşkəsin uzadılması və hərtərəfli razılığın əldə olunacağı təqdirdə HƏMAS-ın hərbi qulluqçu olmayan kişi girovları azad etməyə hazır olduğunu təsdiqləyib. O, həmçinin İsrailin Qəzza zolağında atəşkəsi dəfələrlə pozduğunu və bunun da anklavın şimalındakı sakinlərin ölümünə səbəb olduğunu iddia edib.
NƏRGİZ