Ermənistan KTMT-yə üzv dövlətlərin nümayəndələrinin görüşündə iştirak etmədi

 21:02 30.11.2023     267

ATƏT Nazirlər Şurasının sessiyası ərəfəsində KTMT-yə üzv dövlətlərin nümayəndələrinin növbəti işçi görüşü olub.

Redaktor.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyindən verilən məlumatına görə, tərəflər ATƏT-in gündəliyində duran əsas məsələlərə yanaşmalarını korreksiya edib və digər beynəlxalq platformalarda əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər.

Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan əlavə məlumat vermədən ölkəsinin bu görüşdə iştirak etmədiyini bildirib.

Bu gün səhər saatlarında xarici işlər naziri Ararat Mirzoyan Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşüb.