Yaşlı kişi qulağında mikroçip şübhəsi ilə onu bıçaqla kəsdi - Kurqanda qəribə hadisə
Rusiyanın Kurqan vilayətində təqaüdçü kişi qulağını bıçaqla kəsib. O, qulağının içində çip olduğu qənaətinə gəlib.
Redaktor.az xəbər verir ki, bu barədə "Ural Mash" Telegram kanalı məlumat yayıb.
Məlumata görə, kişi əvvəllər hiss etmədiyi halda da ürəyində ağrıdan şikayət edib. Daha sonra həyat yoldaşına qulağında nədənsə narahat olmasından şikayətlənib. Yad cismi çıxarmaq üçün o, həyat yoldaşından dırnaq qayçısı istəsə də, o, ona pambıq çubuqdan istifadə etməyi təklif edib.
Qulağından naməlum əşyanı çıxarmaq cəhdləri uğursuz alınıb, bu səbəbdən təqaüdçü evdə qələm, qayçı və ya bıçaq axtarıb. Bunu görən arvad təhlükəli əşyaları gizlətməyə başlayıb və təcili yardım çağırıb. Həkimlər gələnə qədər kişi öz qulağını kəsib.
Təqaüdçü xəstəxanaya yerləşdirilib və qulağı tamamilə kəsilməli olub. Əməliyyatdan sonra kişi çipin onu daha narahat etmədiyini deyib. O, hazırda həkimlərin nəzarəti altında sağalır.
NƏRGİZ