"ABŞ İsrailin anklavda əməliyyatlarının bərpasına görə məsuliyyət daşıyır"

 11:26 01.12.2023     242

ABŞ başda olmaqla beynəlxalq ictimaiyyət İsrailə Qəzza zolağında əməliyyatları bərpa etməyə icazə verib və münaqişənin davam etməsinə görə məsuliyyət daşıyır.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu barədə anklav hökumətinin bəyanatında deyilir.

“Prezident Co Bayden və Dövlət Katibi Entoni Blinken vasitəsilə ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq ictimaiyyət İsrail işğalçısının cinayətlərinə və Qəzzada dinc əhaliyə, uşaqlara və qadınlara qarşı amansız müharibənin davam etdirilməsinə görə məsuliyyət daşıyır. Müharibə qaydalarına və beynəlxalq hüquqa, o cümlədən humanitar hüquqa riayət etmədən hərbi əməliyyatların bərpası üçün yaşıl işıq yandırıb”.

NƏRGİZ