"Rusiya ilə münaqişə yeni mərhələyə keçib"

 11:49 01.12.2023     224

Zelenski Rusiya Federasiyası ilə münaqişənin yeni mərhələyə keçdiyini açıqlayıb.

Redaktor.az xəbər verir ki, o, bu barədə "Associated Press" xəbər agentliyinə müsahibəsində bildirib.

"Yay əks-hücumundan sonra qışın hərbi əməliyyatları çətinləşdirəcəyi gözlənilir" deyən Zelenski, canlı qüvvə və silah çatışmazlığı səbəbindən gözlənilən nəticəni vermədiyini etiraf etdi.

Ukrayna prezidenti qeyd edib ki, indiki vəziyyətdə “o, qane ola bilməz”, lakin “çox şikayət də edə bilməz”.

NƏRGİZ