Blinken Qəzzada döyüşlərin bərpası ilə bağlı şərh verməkdən imtina edib

 12:02 01.12.2023     241

İsraildə səfərdə olan ABŞ dövlət katibi Antoni Blinken yəhudi dövləti ilə Fələstinin HƏMAS hərəkatı arasında hərbi əməliyyatlardakı fasilənin başa çatması ilə bağlı şərh verməkdən imtina edib.

Redaktor.az xəbər verir ki, bu barədə Blinkeni Yaxın Şərqə səfərdə müşayiət edən "The Washington Post" jurnalisti yazıb.

Nəşrin məlumatına görə, İsrail Müdafiə Qüvvələrinin Qəzza zolağında əməliyyatların bərpası ilə bağlı açıqlaması Blinkenin korteji oteli tərk etdiyi an elan edilib. Jurnalistlər təyyarənin göyərtəsində ondan döyüşlərin bərpası barədə soruşduqda, ABŞ dövlət katibi şərh verməkdən imtina edib.

NƏRGİZ