Qüdsdə hücum nəticəsində ölənlərin sayı artıb

 13:39 01.12.2023     175

Noyabrın 30-da Qüdsdə törədilən terror aktı nəticəsində ölənlərin sayı dördə çatıb.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, fələstinli silahlı döyüşçülərin Qüdsdə avtobus dayanacağına hücumu zamanı biri ağır olmaqla beş nəfər yaralanıb, dörd nəfər ölüb.

Öldürülənlərdən birinin terrorçulara atəş açan mülki şəxs olduğu bildirilir. 38 yaşlı kişi səhvən onu terrorçu hesab edən İsrail təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində dünyasını dəyişib.