Poroşenkonun ölkədən çıxışına icazə verilməyib
Ukraynanın keçmiş Prezidenti Petro Poroşenkonun ölkədən çıxışına icazə verilməyib.
Redaktor.az xəbər verir ki, bu barədə məlumatı Poroşenko öz feysbuk hesabında paylaşıb.
Onun sözlərinə görə, Ali Radanın spikeri Ruslan Stefançuk tərəfindən imzalanmış ezamiyyəti olub, lakin sərhədçilər onun ölkədən çıxışına icazə verməyiblər.
O bu məsələdə Ukrayna Prezidentinin ofisini günahlandırıb.
Keçmiş Prezident qeyd edib ki, o, Polşa və ABŞ-yə səfər etmək istəyib: “Bu ölkələrdə onlarla görüşüm var idi”.