Lavrov Blinkenlə Borreli qorxaq adlandırıb
Rusiyanın XİN rəhbəri Sergey Lavrov ABŞ dövlət katibi Entoni Blinken və Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Cozep Borreli qorxaq adlandırıb.
Redaktor.az xəbər verir ki, bu barədə məlumatı “RİA Novosti” yayıb.
Onun sözlərinə görə, Blinken və Borrellin Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən ATƏT-in Nazirlər Şurasının iclasını tez tərk etmələri onların dialoqdan qorxduğunu nümayiş etdirir: “Bu nəyə görə baş verir? Yəqin onlar düşünürlər ki, bununla Rusiyanı təcrid etmək niyyətlərini vurğulayırlar. Mən isə hesab edirəm ki, onlar əlində faktlarla istənilən səmimi söhbətdən qorxurlar”.
Xatırladaq ki, ATƏT-in Nazirlər Şurasının iclası noyabrın 30-dan dekabrın 1-nə qədər Skopyedə baş tutub.