İspaniyada helikopter qəzaya uğradı

 15:30 01.12.2023     215

İspaniyada helikopter qəzaya uğrayıb, üç nəfər yaralanıb.

Redaktor.az "reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə Madrid şəhərinin Fövqəladə Hallar Xidməti məlumat yayıb.

Məlumata əsasən, paytaxt Madriddə helikopter dairəvi yola düşərək avtomobillə toqquşub. Hadisə zamanı helikopterdə olan 2 nəfər və avtomobilin sürücüsü xəsarət alıb. Onlar təcili tibbi yardım xidməti vasitəsilə xəstəxanaya çatdırılıb.

Qəzanın baş vermə səbəbləri araşdırılır.