"Blinken İsrailə "yaşıl işıq" yandırır"
HƏMAS hesab edir ki, ABŞ dövlət katibi Antoni Blinken Qəzza zolağında döyüşləri bərpa etmək üçün İsrailə “yaşıl işıq” yandırıb.
Redaktor.az TASS-a istinadən xəbər verir ki, bu sözləri Qətərin “Əl-Cəzirə” telekanalına müsahibəsində hərəkatın siyasi bürosunun üzvü Xəlil əl-Həyya deyib.
“Hər dəfə yeni təcavüz aktından əvvəl biz görürük ki, ABŞ dövlət katibi İsrailə cinayətlərini davam etdirmək üçün yaşıl işıq yandırıb, ona yardım və siyasi müdafiə üçün bütün vasitələr təqdim edir”.
Bundan əvvəl İsrailin dövlət televiziyası Blinkenin İsrailə səfərini başa vurduğunu və HƏMAS hərəkatının atəşkəsi pozması nəticəsində Qəzza zolağında hərbi əməliyyatların bərpasından "dəqiqələr" sonra Birləşmiş Ərəb Əmirliklərinə uçduğunu bildirmişdi.
"Hərbi əməliyyatlar zamanı girovların və əsirlərin dəyişdirilməsi məsələsini həll etmək mümkün deyil, əvvəlcə təcavüzü dayandırmaq, sonra əsirləri dəyişdirmək lazımdır. Onlarla hərbi əməliyyatlar zamanı əsir düşən düşmən əsgərlərinin azad edilməsi ilə bağlı danışıqlar apara bilmərik. Əsirliyimizdəki hərbi məhbusların azad edilməsi ilə bağlı söhbət yalnız tam atəşkəs şərti ilə aparılmalıdır”, - HƏMAS üzvü vurğulayıb.
NƏRGİZ