İsveçrə yenidən Rusiyanın aktivlərini dondurdu
İsveçrə Rusiyanın 7,7 milyard İsveçrə frankı (8,8 milyard dollar) dəyərində aktivlərini dondurub.
Redaktor.az "Reuters"ə istinadla xəbər verir ki, bunlar 2022-ci illə müqayisədə bir qədər artmış ilkin rəqəmlərdir.
Rusiya Xarici İşlər Nazirliyi hesab edir ki, Qərb qanunları rusların aktivlərini müsadirə etmək vəzifəsinə uyğunlaşdıracaq.
2022-ci ilin dekabrında ölkə hakimiyyəti Aİ-nin Rusiyaya qarşı sanksiyalarına qoşulduqdan sonra Rusiyanın 7,5 milyard İsveçrə frankı (8,4 milyard dollar) məbləğində aktivlərinin dondurulduğunu bildirib.
Həmidə İBRAHİMLİ