Ermənistanda hərbçi yol qəzasında həlak oldu

 17:38 01.12.2023     245

Ermənistanda zəncirvarı yol qəzasında biri hərbçi olmaqla, iki nəfər ölüb.

Redaktor.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Xilasetmə Xidməti məlumat yayıb.

Məlumata əsasən, İrəvan-Gümrü yolunda 3 avtomobilin toqquşması ilə zəncirvari yol qəzası baş verib. BMW, Ford və Mercedes-Benz markalı avtomobillərin toqquşması nəticəsində “Mercedes”in sürücüsü və sərnişini hadisə yerində ölüb.

Qəza nəticəsində 3 nəfər ağır və orta ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Xilasedicilər onları xüsusi avadanlıqlar vasitəsilə avtomobillərdən çıxarıblar.

Həmçinin qeyd olunub ki, ölənlərdən biri hərbçi olub.