Ukrayna müdafiə nazirinə yeni müavin təyin EDİLDİ

 20:29 01.12.2023     240

Ukrayna Nazirlər Kabineti Vitali Polovenkonu müdafiə nazirinin müavini təyin edib. 

Redaktor.az "TASS"a istinadən xəbər verir ki, bu barədə hökumətin Ali Radadakı nümayəndəsi Taras Melniçuk məlumat verib.

"Vitali Mixayloviç Polovenko Ukrayna müdafiə nazirinin müavini təyin edilib", - Melniçuk Telegram kanalında yazıb.

Daha sonra Ukrayna Müdafiə Nazirliyi Telegram kanalında məlumat verib ki, polkovnik Polovenko idarədə maddi-texniki təminat, ərzaq və geyim təchizatının yaxşılaşdırılması ilə məşğul olacaq.

Yusif EYVAZLI