İnternetdə ən məşhur fırıldaqçılıq üsulu AÇIQLANDI

 21:21 01.12.2023     387

Dünyadakı hakerlər daha tez-tez istifadəçilərə hücum etmək üçün fişinqdən istifadə edirlər. 

Bu barədə Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir.

2024-cü il Kibertəhlükəsizlik Hesabatı, hakerlərin zərərli mənbələrə keçidlərdən 2023-cü illə müqayisədə 144 faiz daha çox istifadə etdiyini göstərib. Belə hücumların payı 30,5 faiz təşkil edib. Bununla belə, fişinq ən populyarı olub. 

Tədqiqat zamanı mütəxəssislər 45 milyard e-poçtu təhlil ediblər. Mesajların 36,4 faizi spam olaraq etiketlənib. 3,6 faiz və ya təxminən 585 milyonun zərərli olduğu müəyyən edilib. 

Analitiklər fırıldaqçıların dəyişən mühitə yaxşı uyğunlaşdıqlarını müşahidə ediblər. 

Yusif EYVAZLI

Vumart və Güvən reklamı Vumart Güvən